16 yaşlı Cosi Desqrad adlı qız 64 kiloqram arıqlayaraq başqa biri olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 127 kiloqram olan Cosi sağlamlığında problem yarandığını gördükdə arıqlamağa qərar verib.
Ailəsinin dəstəyi ilə Cosi şəkərdən tamamilə imtina edib, avakado, göbələk, balqabaq kimi tərəvəzlər yeməyə və gün ərzində çoxlu su içməyə başlayıb.
Əvvəlcə 90 kiloqrama düşən Desqrad daha sonra idmanla çəkisini 63 kiloqrama çatdırıb.