"WhatsApp" messencerində eyni məlumatı beş dəfədən çox göndərmək imkanı məhdudlaşdırılıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, əvvəllər eyni məlumatı 20 dəfəyədək göndərmək mümkün idi. Məhdudiyyət yalan xəbərlərlə mübarizə üçün tətbiq olunub.
Bildirilir ki, bu tədbir Hindistan hökuməti messenceri onlarla linçləmə hadisəsinə səbəb olmuş yalan xəbərlərin yayılmasında təqsirləndirdikdən sonra ölkədə sınaqdan keçirilib. Eksperimentin uğurlu olmasına görə "WhatsApp" rəhbərliyi onu digər ölkə istifadəçilərinə də şamil edib.
"WhatsApp" qrupu 256 nəfərdən ibarət ola bilər. Yeni tədbir məlumatı əvvəllər olduğu kimi, 5 min nəfər arasında deyil, maksimum 1280 istifadəçiyə yaymağa imkan verəcək.