Qadin.NET / Bu gün Azru Əliyevanın ad günüdür!

Bu gün Azru Əliyevanın ad günüdür!

Bu gün Azru Əliyevanın ad günüdür!


Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bu gün 30 yaşını qeyd edir.
 Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakıda İlham Əliyev və Mehriban Əliyevanın ailəsində anadan olub.O, 1995-2006-cı illərdə Bakıda 160 saylı tam orta məktəbdə, daha sonra isə İsveçrə və Böyük Britaniyada təhsil alıb. 2015-ci il mayın 9-da Arzu Əliyevanın “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu?”, 2016-cı il yanvarın 22-də isə layihə rəhbəri və baş prodüseri olduğu “Əbədi ezamiyyət” adlı sənədli filmləri təqdim olunub.Arzu Əliyeva 2011-ci il sentyabrın 3-də azərbaycanlı biznesmen Səməd Qurbanovla ailə qurub. Cütlüyün iki övladı var.Məlumat üçün bildirək ki, prezident ailəsi 23 yanvar tarixində daha bir əlamətdar günü - İlham Əliyev və Mehriban Əliyevanın evliliyinin 36-cı ilini qeyd edir.
23 yanvar 2019
GO BACK