Norveçdə yaşayan Aleksandra Andresen adlı gənc milyoner həyat tərzi ilə adından söz etdirir.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 19 yaşında dünyanın ən gənc milyoneri seçilən qız hazırda 22 yaşındadır. O, sosial mediada paylaşdığı sadə həyat tərzi ilə hər kəsi heyran edir.
Ailə şirkətinin 42 faiz hissəsinə sahib olan Aleksandra vegeteriandır və heyvanları çox sevir. Heç vaxt lüks həyat tərzi sərgiləməyən Andresenin fotosu minlərlə "like" toplayır.