"Avlu" serialının aktrisası Ceren Morayın yeni ekran həyatına başlamağa hazırlaşan "Vuslat"ın afişasını güpürə bənzətməsi qalmaqala səbəb olub.
Qadin.Net axşam.az-a istinadən bildirir ki, sənətçi "Bu nədir belə? Kombinin üstünə sərilmiş güpür parça kimi serial" deyə, paylaşım edib.
Ekran işinin baş rol oyunçusu Devrim Özkan isə Morayı cavabsız qoymayıb:
"Güpürün harada durmağı yox, hansı əməklərlə ortaya çıxması önəmlidir. Əməyin qarşılığında hörmət lazımdır".
Aktrisalar arasındakı söz davası bununla da yekunlaşmayıb. Ceren Moray yenidən paylaşım edərək "Güpür pis bir şey deyil. 100-dən artıq adamın gecə-gündüz əmək verdiyi işlərinin qarşılığını alması üçün gözəl afişalar, tanıtımlar yaxşı şeylərdir. Bir də zarafat, yumor, bir az başınızı çölə çıxarıb gülmək filan, bunlar da gözəl şeylərdir. Yoxsa səhv anlaşılmasın. Güpürü sevirik, bizim canımız güpürümüz" sözlərini yazıb.