Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl aşpaz Hazer Amani ilə paparasilərin obyektivinə tuş gələn müğənni Sıla ötən gecə başqa bir şəxslə görüntülənmişdi.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, "Söylemezsem olmaz" proqramında yayımlanan görüntülərin ardından məchul şəxsin kimliyi bəlli olub.
Bildirilib ki, kafedə çəkilən görüntülərdə sənətçinin yanındakı şəxs Kerem Kanıkdır. Onlar illərdir dostdurlar. Fotolarda isə Sıla ağlayır, dostu isə onu təsəlli edir.
Qeyd edək ki, müğənni bir neçə ay öncə sevgilisi Ahmet Kuraldan qalmaqallı şəkildə ayrılmışdı.