Qadin.NET / Emin konsertlərindən imtina etdi-SƏBƏB

Emin konsertlərindən imtina etdi-SƏBƏB

Emin konsertlərindən imtina etdi-SƏBƏB


Xalq artisti Emin Ağalarov ABŞ və Kanadada verməyi planlaşdırdığı konsertlərini ləğv edib.
 Qadin.Net axşam.az-a istinadən məlumatına görə, müğənni bu haqda özü xəbər yayıb. 

"Məndən asılı olmayan səbəblərdən planlaşdırdığım konsertləri ləğv etməli oldum. ABŞ və Kanadada çıxışları öz istəyimlə geri çevirdim. Hər kəsdən üzr istəyirəm" deyə, Emin vurğulayıb. 

CNN-nin yaydığı xəbərə görə, konsertin ləğv edilməsinə səbəb sənətçinin menecerləri ilə Amerika prokuroru Robert Muller və ABŞ Konqresinin Komitələri Aparatı ilə razılığa gələ bilməməsidir. 

Qeyd edək ki, Emin yanvarın 26-da Nyu-York, 29-da Toronto, 30-da Mayami, 2 fevralda isə Los-Ancelesdə çıxış etməli idi.
22 yanvar 2019
GO BACK