Qadin.NET / Hadisənin ev almağa pulu çatmadı, kredit götürür

Hadisənin ev almağa pulu çatmadı, kredit götürür

Hadisənin ev almağa pulu çatmadı, kredit götürür


Türkiyənin pop ulduzu Hadisə Açıkgöz 10 milyon TL-yə villa almaq qərarına gəlib.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, 33 yaşlı ifaçı tez-tez mənzilinə hücum edən fanatlarından xilas olmaq üçün təhlükəsizlik xidməti yüksək olan əraziyə köçmək qərarına gəlib.

O, Rumelihisardakı 600 min dollarlıq mənzilindən çıxaraq Ayşe Sultan Qoruğu ərazisinə yerləşmək istəyib. Sənətçi bunun üçün 10 milyon lirə ödəməyə hazır olduğunu bildirib.

Bu məqamda bildirək ki, Hadisənin almağa hazırlaşdığı 5 otaqlı villa 250 kvadrat metr ərazini əhadə edir. Müğənni sözügedən pulu əldə etmək üçün bankdan kredit götürəcək.

22 yanvar 2019
GO BACK