Qadin.NET / Murad Boz ilk dəfə AÇIQLAMA VERDİ

Murad Boz ilk dəfə AÇIQLAMA VERDİ

Murad Boz ilk dəfə AÇIQLAMA VERDİ


Türkiyə Təhsil Cəmiyyəti hesabına 250 min lirə pul köçürülməsindən sonra adı dillərdən düşməyən müğənni Murad Boz, nəhayət, açıqlama verib.

 Qadin.Net axşam.az-a istinadən bildirir ki, verilişlərdən birinə zəng vuran sənətçi bunları deyib:

"Məqsədim bu addımı səssiz etmək idi. Bu barədə çox danışmaq istəmirəm. Hələ də utanaraq danışıram. Anam müəllimə, atam fəhlə olub. "Çox çətin günlər keçirtdim" deyə bilmərəm, amma çətinlik nədir bilirəm. Bizim də problemlərimiz olurdu.

Hazırda da çox problemi olan insanlar var. Bir az da öz işlərimizi kənara qoyub, onlarla maraqlanaq. Bundan ailəm də daxil, heç kimin xəbəri yox idi. Anam da xəbərlərdən eşidib. Həmin cəmiyyət məbləği gördükdə zəng vurmaq məcburiyyətinə qalıb ki, bəlkə, bir səhvlik var. Amma mən təsdiq etdim".
Boz bildirib ki, bundan sonra da büdcəsi imkan verdikcə, xeyriyyə aksiyalarında iştirak edəcək.

22 yanvar 2019
GO BACK