Londonun ən dəyərli daşınmaz əmlakı, Bukinhem Sarayının yaxınlığında yerləşən ev 95 milyon funt-sterlinqə satılıb.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, Sent-Ceyms səmtində yerləşən "Carlton Gardens"in yeni sahibi ABŞ-ın Çikaqo şəhərində fəaliyyət göstərən "Citadel" hec-fondunun sahibi, 50 yaşlı milyarder Ken Qriffindir.
O, evin təmirinə 15 milyon funt-sterlinq xərcləmək niyyətindədir.
"Citadel" fondu ümumi həcmi 27 milyard dollara çatan aktivləri idarə edir.
Ken Qriffinin 6,8 milyard dollarlıq varidatı var.
Ötən ilin noyabrında o, Çikaqo şəhərində "9 West Walton Street" ünvanında yerləşən və "No. 9 Walton" kimi tanınan binanın 4 üst mərtəbəsini 58,75 milyon dollara satın almışdı.
Nyu-Yorkdakı məşhur "Park Tower"də iki mərtəbə də K.Qriffinə məxsusdur.