20 Yanvar gəncliyimin ən qaranlıq gecəsi idi...Amma millətimi aydınlığa çıxaran gecə oldu. Azərbaycan türkü o gecə yataraq ölmədi! Mübarizə apardı, Sovet ordusunun qarşısına çıxdı, əli yalın tankların, güllələrin önünə keçdi və ayaqda durdu
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu sözləri əməkdar artist Azərin söyləyib.Onun sözlərinə görə, ölməzlər ordusu Azərbaycan tarixini yenidən yazdı və Azərbaycan təzədən müstəqilliyini əldə etdi: "Azərbaycan torpaqları şəhid qanı ilə yuyuldu. Sadəcə mənim oxuduğum 54 saylı məktəb 20 Yanvar gecəsi 13 şəhid verdi. Azərbaycan türklərinin mücadiləsi Türk dünyasına örnək oldu".