Aktrisa Dəniz Baysal və sevgilisi Barış Yurtçu toy tarixini açıqlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, cütlük ötən gün alış-veriş mərkəzlərindən birində görüntülənib.
Aktrisa aldığı evlilik təklifi haqda "Düşündüyümdən daha gözəl idi. Heç o qədər ağlayacağımı düşünməmişdim" sözlərini deyib.
Baysal toyla bağlı sualları da cavablandırıb:
"İndidən hazırlıqlara başlamışıq. Sentyabrda nikah masasına oturmağı düşünürük. İstanbulda yox, Egedə olacaq".