Tanınmış aktrisa Bensu Soral huşunu itirərək yerə yıxılıb.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, məşhur aktrisa dünən rəfiqələri Mina Ekici və Sercan Gençoğlunun təşkil etdiyi şənlikdə iştirak edib. Mərasimin başlamasından bir neçə dəqiqə sonra aktrisanın vəziyyəti pisləşib. Huşunu itirən aktrisa Maslak Acıbadem Xəstəxanasına aparılıb.
Təxminən 3 saat həkim nəzarətindən sonra Soral evə buraxılıb. Aktrisanın əri Hakan Baş “Mədəsi çox ağrıyırdı, bu səbəbdən halı pisləşib”, - deyə açıqlama verib.
Bəzi mənbələr isə yeni evlənən cütlüyün övladının dünyaya gələcəyini iddia edib.