Türkiyənin məşhur aktrisası Melisa Sözen məhkəməyə müraciət edib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, buna səbəb Melisanın Star TV-də yayımlanan "Babamın Günahları" serialındakı rolu qarşılığında maaş ala bilməməsidir.
"Evrensel Filmçilik AS" şirkətindən şikayətçi olan aktrisa qarşı tərəfdən 49 min TL tələb edib.
"Pulu ödəmə əmri 2018-ci ilin sentyabr ayından verilib. Ancaq şikayət etdiyimiz şirkət borcu ödəmir. Biz də həmin şəxslərin mülklərinin müsadirə olunmasını istəyirik" - deyə M. Sözenin vəkili açıqlama verib.