Qadin.NET / Əl-Cəzair gözəlini təhqir olundu-FOTO

Əl-Cəzair gözəlini təhqir olundu-FOTO

Əl-Cəzair gözəlini təhqir olundu-FOTO


Əl-cəzairdə keçirilən beynəlxaq gözəllik müsabiqəsində "Miss Əl-cəzair" ünvanının sahibi Moritaniyanın şimalındakı Adrar bölgəsində yaşayan 26 yaşlı Xədicə Ben Hammu olub.

 Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Xədicənin birinci seçilməsi mediada və sosial şəbəkədə skandal yaradıb.

İstifadəçilər Xədicənin zənci olmasını qəbul etməyib, ona təhqirlər yazıblar.

Media nümayəndələrinə də izləyicilərə qoşularaq "Miss Əl-cəzair"i tənqid ediblər və bildiriblər ki, o, bu ada layiq deyil.

Təşkilatçılar insanların bu cür reaksiyasını irqçiliklə əlaqələndirib və qınayıb.

Bütün bunların fonunda isə Xədicə nə izləyicilərə, nə də media nümayəndələrinə heç bir reaksiya verməyib.

Əl-cəzairdən olan bir çox siyasətçi və müğənni isə Xədicəyə dəstək olub.

18 yanvar 2019
GO BACK