Türkiyənin məşhur aparıcısı Zuhal Topal məhkəmədə uduzub.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, o, vaxtilə evlilik proqramında iştirak edən bəy namizədi Zekeriya Ataka təzminat ödəyəcək.
Buna səbəb Z. Atakanın Türkiyə şəhid verən zaman Z. Topal efirdə rəqs etməsinə etiraz etməsi olub. O, aparıcıya "Türkiyə şəhid verib, siz burada rəqs edirsiz" deyib və proqramı tərk edib. Zuhal isə iştirakçının onu gözdən salmaq üçün belə addım atdığını iddia edərək şikayətçi olub.
Bu gün baş tutan məhkəmə prosesi yekunlaşıb və hakim bəy namizədinin lehinə qərar çıxarıb. Məşhur aparıcı ona 10 min TL dəyərində təzminat ödəyəcək.