1 həftədir ki, sosial şəbəkələr # 10YearChallenge paylaşımları ilə dolub daşır.
Qadin.Net Milli.Az-a istinadən xəbər verir ki, dünya şöhrətli modellərdən tutmuş, siyasətçilərə və adi istifadəçilərə qədər, demək olar, hər kəs bu həştəqlə paylaşım edib.
Məşhur supermodel Kendal Cenner də #10YearChallenge həştəqi ilə uşaqlıq fotosunu yayıb. Şəklin 13 yaşındaykən çəkildiyini qeyd edən modelin üzünün səpkili olması diqqət çəkib.
Qeyd edək ki, Kendal hazırda dünyanın ən gözəl modellərindən biri hesab olunur.