“Taxt oyunları” serialında “Sansa Stark” obrazını canlandıran Sofi Törner serial boyunca saçlarının yuyulmasına icazə verilmədiyini etiraf edib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 22 yaşlı aktrisa bu barədə “Instyle” dərgisinə danışıb.“İlk mövsümlərdə saçlarımı yumağa icazə verirdilər, çünki həmin vaxt aristokrat gənc qız idim, növbəti mövsümlərdə isə məndən saçlarıma toxunmamağımı tələb etdilər. Bu, çox iyrənc idi” deyə, Sofi bildirib.Aktrisa bildirib ki, süni qar yağdırılan zaman dənəciklərin saçına yapışmasından narahat olub. O, daha sonra narahat olduğunu çəkiliş komandasına söyləyib. Sofinin narahatlığından sonra tələb geri çəkilib, lakin bu dəfə aktrisa pariklə izləyici qarşısına çıxıb.Qeyd edək ki, “Taxt oyunları”nın növbəti və sonuncu mövsümü bu ilin aprel ayında yayımlanacaq.