Qadin.NET / 50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO

50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO

50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO


"The Feet" ləqəbli məşhur hippi, 73 yaşlı Pol Makkenzi vəfat edib. O, 23 yaşından bəri ayaqyalın gəzməsi ilə tanınırdı.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, İngiltəriənin Birmingem şəhərinin yaxınlığındakı Mosli kəndində doğulan və elə orada da yaşayan Pit Makkenzi yuxuda keçinib.

1960-cı illərdə "ayaqqabı geyinəndə ayaqlarım tərləyir" deyərək ayaqyalın gəzməyə başlamış Pol hippi idi, barda çalışırdı.

O, hətta 1970-ci ildə sevgilsi Cenniferlə evlənəndə, toyunda da ayaqyalın idi.

Pit həm də çeçələ barmaqlarını kəsməsi ilə tanırırdı. Çeçələ barmaqlarından birini formalinli şüşəyə salaraq evdə, sobanın üzərində saxlayan Pit ikinci kəsilmiş barmağını cibində gəzdirirdi.

"Arvadım məni ayağımda ayaqqabı olanda cəmi bir dəfə görüb. Lakin nə qızım, nə nəvələrim məni ayaqqabılı görməyiblər. Ayaqqabıları sevmirəm", - Pol Makkenzi deyərdi.

50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO

50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO

50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO

50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO

50 il ayaqyalın yaşayan HİPPİ öldü-FOTO


17 yanvar 2019
GO BACK