Qadin.NET / “YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO

“YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO

“YouTube” təhlükəli videoları qadağan etdi - VİDEO


"YouTube" təhlükəli və əsəbi zəif olanlara pis təsir göstərən videoçarxlara qadağa qoyub.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, buna səbəb "çellenc" videolarının bəzən ağır xəsarət və ölüm halları ilə nəticələnməsidir.

"Google" korporasiyasının sahib olduğu şirkət platformada belə materiallara yer olmadığını bildirib.

Ekspertlər hesab edir ki, korporasiyanın bu qadağanı tətbiq etməsi elə də asan olmayacaq, çünki hansı videonun zərərli, hansı videonun zərərsiz olmasının müəyyən edilməsində çoxsaylı qərəzlər və ziddiyyətlər ortaya çıxa bilər.

"Məzəli videoların sərhədi keçib ziyanlı və təhlükəli olmasına imkan vermirik. Bu, hər zaman bizim şirkətin siyasəti olub.

Bizim şəbəkənin nizamnaməsi ağır nəticələrə yol aça bilən təhlükəli hərəkətlərə həvəsləndirən kontenti qadağan edir. 

Təhlükəli çellenclərin və pranklərin hansı anlama gəldiyi daha aydın şəkildə izah olunacaq", - deyə şirkətin bəyanatında deyilir.

May ayında Minnesota ştatından olan 20 yaşlı Monaliza Perez "YouTube"da məşhurlaşmaq üçün çellenc videosu çəkən zaman sevgilisi Mario Ruizi atəş açaraq qətlə yetirib.

O, qalın ensiklopediya kitabının güllənin qarşısını alacağını düşünsə də, təhlükəli fənd faciə ilə nəticələnib.

16 yanvar 2019
GO BACK