Türkiyənin məşhur universitetlərindən biri olan Anadolu Universitetinin kitabxanasındakı “Book Shower” (Kitab duşu) sistemi görənlərin marağına səbəb olub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, üç ildir fəaliyyət göstərən bu sistem sayəsində oxunub geri qaytarılan kitablar xüsusi aparat vasitəsilə 40 saniyə ərzində ultrabənövşəyi şüalarla təmizlənir və gözəl qoxusu ilə oxuyanları məst edir.
Qeyd edək ki, sözügedən kitabxanada 300 mindən artıq kitab var.