Serbiyanın Novi-Pazar şəhəri yaxınlığında Potok qəsəbəsində 21 yaşlı Armina Alibaşiç adlı bir nəfər tutulub.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, “Informer” nəşrinin məlumatına görə, vəhhabi təriqətinə mənsub olduğu deyilən gənci bazar ertəsi polis patrulu saxlayıb.
Onun üzərindən silah, partlayıcı maddə üçün komponentlər, İŞİD terror təşkilatına aid simvollar və optik nişangahlı tüfəng aşkarlanıb. Yerli xüsusi xidmət orqanları və ekspertlər hesab edir ki, gənc Belqrada səfəri zamanı Rusiya prezidenti Vladimir Putinə qarşı terror aktını hazırlaya bilərdi. Səfər yanvarın 17-də nəzərdə tutulub.
Təhlükəsizlik sahəsi üzrə Bosniya eksperti Cevad Qaliyaşeviçin sözlərinə görə, böyük ehtimalla terrorçu tək deyil və onun yoldaşları var.