Qadin.NET / Çin Ayda bioloji eksperiment apardı

Çin Ayda bioloji eksperiment apardı

Çin Ayda bioloji eksperiment apardı


Çinin bir neçə gün əvvəl Ayın əks tərəfinə eniş edən “Çane-4” kosmik aparatı bəşəriyyət tarixində Ay səthində ilk bioloji eksperimenti uğurla həyata keçirib. Bu barədə Çin Mərkəzi Televiziyası məlumat verib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, aparat çərşənbə axşamı bioloji sınaq fotoşəkillərini Yerə göndərib.

Fotoşəkillərə görə, artıq pambıq toxumaları cücərməyə başlayıb. Bu isə o deməkdir ki, “Çane-4” bəşəriyyət tarixində Ay səthində ilk bioloji eksperiment keçirib.

Eksperiment üçün pambıq, raps, kartof, “Arabidopsis thaliana” daxil olmaqla altı növ bioloji nümunə, eləcə də drozofil və maya seçilib.

Aparatdan alınan son fotoşəkillərdən məlum olub ki, pambıq toxumlarının cücərtiləri yaxşı böyüyür.

Qeyd edilir ki, bu, ətraf mühitin aşağı qravitasiya, güclü radiasiya və böyük temperatur fərqi kimi sərt sınaqlarından sonra Ayda bitən ilk zoğdur.

16 yanvar 2019
GO BACK