Qadin.NET / Castin Trüdonun OXŞARI tapıldı-FOTO

Castin Trüdonun OXŞARI tapıldı-FOTO

Castin Trüdonun OXŞARI tapıldı-FOTO


Əfqanıstanda bir müsabiqədə iştirak edən Əbdül Salam Məftun Kanadanın baş naziri Castin Trüdoya bənzərliyi ilə sosial mətbuatın gündəminə düşüb.

Qadin.Net ölkə.az-a istinadən bildirir ki, Əfqanıstanın Badahşan vilayətində toylarda xalq mahnıları ifa edən Əbdül Salam "Afgan Star"da iştirak edərək Kanadanın baş nazirinin "itkin düşən əkizi" kimi məşhurlaşıb.

29 yaşlı Məftun müsabiqədən əvvəl adını da eşitmədiyi Trüdo ilə oxşarlığı sayəsində qalib gəlməyə və baş nazirlə tanış olmağa ümid edir. Məftun müsabiqədə son 8-liyə qalmağı bacarıb. Müğənni deyib:

"İnsanlar əsl adımı unudub. Məni artıq "Castin Trüdo" deyə çağırırlar. Mən sosial mətbuatdakı fotoları görənə qədər onu tanımırdım".

Castin Trüdonun OXŞARI tapıldı-FOTO


16 yanvar 2019
GO BACK