Qadin.NET / Maradona əməliyyat olundu

Maradona əməliyyat olundu

Maradona əməliyyat olundu


Dünya futbolunun əfsanəvi simalarından biri olan Dieqo Maradona əməliyyat olunub.

Qadin.Net teleqraf-a istinadla xəbər verir ki, bu barədə veteran futbolçunun vəkili Matia Moria məlumat verib. Onun sözlərinə görə, əməliyyat uğurlu keçib və Maradona tezliklə öz işinin başına qayıdacaq.

Qeyd edək ki, hazırda Meksikanın "Dorados" klubunun baş məşqçisi olan Maradona ötən həftə mədəsindəki qanaxma ilə bağlı xəstəxanaya yerləşdirilmişdi.


13 yanvar 2019
GO BACK