İngiltərə krallığının aktrisa gəlini Meqan Markla keçmiş prodüserindən inanılmaz təklif gəlib.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, təklifə əsasən, Markl əvvəl çəkildiyi "Suits" serialında yenidən 5 saniyə ekranda görünsə, ona 5 milyon dollar qonorar ödəniləcək.
"Biotulin" adlı kosmetika şirkəti 5 saniyə ərzində Marklın canlandırdığı Reyçel obrazının məhsuldan bəhs etməsini istəyib və bu iş üçün 5 milyon dollar təklif edib. Markla pulu bir xeyriyyə fonduna bağışlamaq da təklif edilib. Amma nə kral ailəsi, nə də Meqan bu təklifi qəbul etməyib.