Aktyor Arda Kuralın avtobusda çəkilən fotoları yayılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, şəkilləri Onur Akay paylaşıb və onun xəstəliyinin yenidən başladığını deyib.
"2008-ci ildə son filminin pulunu ala bilmədiyi üçün depressiyaya düşmüşdü. Əvvəllər müalicə olunmağı qəbul etməmişdi. 2012-ci ildə isə xəstəxanaya yerləşdirildi və psixoloji xəstəlikdən əziyyət çəkdiyi məlum oldu".
Qeyd edək ki, bir müddət əvvəl sağaldığı deyilən Arda yenidən pisləşib. Onun günlərdir eyni paltarı geyinməsi və hər gün avtobusla harasa getməsi diqqətdən qaçmayıb.