Qadin.NET / O dünyanın ƏN VARLI QADINI ola bilər-SƏBƏB

O dünyanın ƏN VARLI QADINI ola bilər-SƏBƏB

O dünyanın ƏN VARLI QADINI ola bilər-SƏBƏB


Bu həftə dünya mediasının gündəmini dünyanın ən varlı adamı, "Amazon"un yaradıcısı və rəhbəri Ceffa Bezosun boşanma xəbəri zəbt edib. 
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, 54 yaşlı iş adamının arvadı Makkenziyə nə qədər təzminat ödəyəcəyi müzakirə edilib. Belə ki, qadın boşandıqdan sonra dünyanın ən varlı xanımı ola bilər. 


Bezosun 137 milyard dollar dəyərində var-dövləti var. Vaşinqton qanunlarına görə isə boşandıqda iş adamı sahib olduğunun yarısını, yəni 68,5 milyardını həyat yoldaşına ödəməlidir. Belə halda Makkenzi Oprı Uinfidən 26, şahzadə Yelizaveta II-dən isə 100 dəfə varlı olacaq. 

Bank hesablarından əlavə Bezos və xanımıının ABŞ-da 6 böyük malikanəsi var ki, bunlarda bölünməlidir. 

Maraqlısı isə odur ki, boşandıqdan və var-dövlət bölündükdən sonra Ceffa "Dünyanın ən varlı adamı" titulunu itirəcək. Onun yerini isə Bill Qeyts tutacaq. Onun mülkünün dəyəri 90 milyard dollardır.

11 yanvar 2019
GO BACK