Tokio metropolitenində robotlar sərnişinlərə yardım edəcəklər.
Qadin.Net Milli.Az -a istinadən bildirir ki, 1,8 metr hündürlükdəki android robotlar 2020-ci ildə, Tokioda Olimpiya Oyunlarının ilk günündə "işə" başlayacaqlar.
Robotlar metropolitenin iki stansiyasında sınanıb və sərnişinlər razı qalıblar.
İngilis, yapon, çin və Koreya dillərində danışacaq robotlar məlumat-arayış funksiyalarını yerinə yetirəcəklər. Onlar, ilk növbədə, turistlərə yardım üçün nəzərdə tutulublar.
"Arisa" adlı belə robot 2017-ci ildə keçirilmiş "International Robot Exhibition" sərgisində nümayiş olunmuşdu.