Aktrisa İrəm Helvacıoğlunun rol aldığı "Sen anlat Karadeniz" adlı serialdan qovulması haqda iddialar yayılıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, buna səbəb onun Acun Ilıcalının aparıcılıq etdiyi "O səs Türkiyə" verilişinin xüsusi buraxılışında səhnə alması olub.
Serialın prodüseri Osman Sınav qatıldığı proqramlardan birində "İrəmin səhvinə görə digər işçilərin çörəyinə bais ola bilmərəm" sözlərini deyib.
Məlumata görə, prodüserin əsəbiləşməsinə İrəmin icazə almadan verilişə çıxıb mahnı oxuması səbəb olub. "O səs Türkiyədə" lentə alınan görüntülər isə O.Sınavın narazılığından sonra efirə verilməyib.