Qadin.NET / Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar

Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar

Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar


Yaponiyalı iş adamı Yusaku Maezava dünya gündəminə səs salıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, o, Tvitter paylaşımında onu təqib edib tvitini "retvit" edən 100 adama toplam 100 milyon yen (təxminən 1 milyon 550 min AZN) verib.


Yanvarın birində paylaşım edən Yusaku ötən gün qaliblərin adını açıqlayıb. Onun paylaşımı 5,4 milyon "retvit" edilərək rekord qırıb.

Qeyd edək ki, milyarder bundan əvvəl də adından söz etdirib. O, Elon Maskın "SpaceX" raketinin Aya uçacağı səyahətə ilk bilet alan şəxs olub.

Milyarderin dediyini etdilər adambaşı 1 milyon qazandılar


11 yanvar 2019
GO BACK