Ötən ilin sentyabrında ailə quran aktyor Mert Fırat və İdil Fıratın boşanacağı iddia olunur.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, yayılan xəbərlərdən sonra aktyor İnstaqram hesabında xanımı ilə çəkilmiş şəklini paylaşıb və onu romantik mesajla ad günü münasibəti ilə təbrik edib:
"Hərgün yenidən aşiq olduğum adam. Yaxşı ki, doğulmusan. Yaxşı ki, bir-birimizi tapmışıq. Hər günümüz, hər ilimiz əvvəlkindən daha gözəl keçsin. Səni çox sevirəm, canım".