“Yunona” avtomatik planetlərarası stansiya Yupiterin İo peykində püskürən vulkanın fotoşəkillərini yayımlayıb.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, “Yunona” İonun səthinin fotoşəkillərini bir saatdan çox çəkib. Astronomlar qeyd edirlər ki, İo peykində 400-dək fəaliyyətdə olan vulkan var.
2011-ci ildən kosmosa göndərilmiş “Yunona” 5 ildən sonra Yupiterin stabil orbitinə daxil olub.