Qadin.NET / "Oscar" 30 ildən sonra İLK DƏFƏ

"Oscar" 30 ildən sonra İLK DƏFƏ

"Oscar" 30 ildən sonra İLK DƏFƏ


"Oskar 2019" mükafatları ətrafında qalmaqal bitmir. 24 fevralda Los-Ancelesdə keçiriləcək gecəyə hazırlıq başlayıb. 
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, dekabrda gecənin aparıcılığının 39 yaşlı aktyor Kevin hart olacağı bildirilmişdi. Daha sonra isə onun illər əvvəl Twitter-də yazdığı status ortaya çıxıb. Kevin üzr istəməkdən imtina edib, öz istəyi ilə şounun aparıcılığından uzaqlaşıb. 

"Keçmişə qayıtmağı və üzr istəməyi düşünmürəm. Həyatımda başqa mərhələ var. Onu dəyişdirməyi düşünmürəm" deyə, aktyor bildirib. 

Bu hadisədən sonra şounu kimin aparacağı müzakirə edilib. Məlum olub ki, təşkilatçılar "Oskar 2019"un aparıcısız keçirilməsinə qərar verib. Aparıcını musiqi dəqiqələri əvəz edəcək. 

Qeyd edək ki, "Oskar" 30 il bundan əvvəl aparıcısız təqdim edilmişdi. Həmin vaxt şou 1989-cu il martda keçirilmişdi.
10 yanvar 2019
GO BACK