Qadin.NET / Qaya boyda qızıl tapıldı-FOTO

Qaya boyda qızıl tapıldı-FOTO

Qaya boyda qızıl tapıldı-FOTO


İran polisinin Şərqi Azərbaycan əyalətində yerləşən Verzegan bölgəsində apardığı reyd zamanı qaya böyüklüyündə işlənməmiş qaçaq qızıl ələ keçirilib.

Verzegan təhlükəsizlik rəisi olan polkovnik Qasım Nəzəri mətbuat nümayəndələrinə etdiyi açıqlamada reyd zamanı bir yük maşınının içərisindən 500 kiloqram ağırlığında qızıl aşkar etdiklərini bildirib.

Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, Nəzəri qaya böyüklüyündəki qızılın qaçaqmalçılıq yolu ilə daşındığını və hadisə ilə əlaqədar sürücünün saxlanıldığını bildirib.
Nəzəri təhlükəsizlik əməkdaşlarının ələ keçirdiyi qızılın bazar dəyərinin nə qədər olduğu barədə heç bir açıqlama etməyib.Təbriz şəhərində yerləşən Verzegan bölgəsi mədənçilik baxımından İran üçün olduqca önəmli bir yer tutur. Bölgədəki "Andrian Qızıl Mədəni" ölkənin zəngin qızıl mədənləri sırasında yer alır.
9 yanvar 2019
GO BACK