Qadin.NET / Putin hərbi rütbəsini açıqladı

Putin hərbi rütbəsini açıqladı

Putin hərbi rütbəsini açıqladı


Rusiya prezidenti Vladimir Putin hərbi xidmətdə olan zaman artilleriya diviziyasında xidmət etdiyini bildirib.

Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, bu haqda Putin Sankt-Peterburqun Petropavlovsk qalasına baş çəkən zaman bildirib.

Videoyazını "Komsomolski Pravda" qəzetinin xüsusi müxbiri Dmitri Smirnov "Twitter" səhifəsində paylaşıb.

"Mən artilleriyaçı kimi leytenant rütbəsi almışam. Haubitsa artilleriya diviziyasının idarətmə bölüyünün komandiri olmuşam", - Putin bildirib.

8 yanvar 2019
GO BACK