Qadin.NET / Gökçe Yıldırım İrem Dericinin xəyanətindən danışdı-FOTO

Gökçe Yıldırım İrem Dericinin xəyanətindən danışdı-FOTO

Gökçe Yıldırım İrem Dericinin xəyanətindən danışdı-FOTO


Müğənni İrem Derici sosial şəbəkə fenomeni Gökçe Yıldırımın sevgilisini əlindən alıb. 

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Gökçe "İkinci sayfa" proqramında məlumat verib.  O, canlı efirə telefonla qoşularaq rəqqas Ataberk Özdenenin İremlə ona xəyanət etdiyini vurğulayıb:

"Gördüyüm şeylər çox çirkindir. Hadisəni sizə danışım. Ataberk mənim kompyuterimdə hesab açıb və orada yazışıb. Daha sonra mən həmin yazışmaları oxudum, xəyanətə məruz qaldığımı gördüm. Bu, yeni hadisə deyil. Onların arasında may ayından etibarən nələrsə olub. Mən Ataberkdən soruşurdum, o da İremin mesajlarından narahat olduğunu söyləyirdi. İrem bir gün mənə mesaj yazdı, dedi ki, o, məni səninlə tanış etmir. Amma öyrəndim ki, o zamanlar elə münasibətə başlayıblar. Bu, qadının qadına etdiyi bir şiddətdir. Mən güclü olmağa davam edəcəm. 

Burada xəyanətdən böyük şeylər var. Mənimlə oyun oynayıblar, axmaq yerinə qoyublar. Ataberkdən dəfələrlə soruşdum ki, aranızda nəsə varsa, mənə denən. O, işini belə sevərəkdən etmədiyini deyirdi. Daha sonra isə hər şey məlum oldu. Onların adına utandım. İrem sevgilimi əlimdən almaq üçün hər şey etdi. Hər iki tərəfin də günahı var". 

7 yanvar 2019
GO BACK