Çində dünyanın ən böyük qar və buz festivalı başlayıb.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, Harbin şəhərində 1 ay davaç edəcək festival üçün qar və buzdan böyük park hazırlanıb.
Qış aylarında 35 dərəcə soyuq olan Çin 1983-cü ildən bu yana hər il bu festival ev sahibliyi edir. Turistlərin axışdığı bu parkda 110 min kub metr buz, 120 min kub metr qardan istifadə olunaraq müxtəlif qaradamları, heykəllər hazırlanıb.
Festivalın fevralın 5-də başa çatacağı bildirilir.