Qadin.NET / "Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI

"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI

"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI


Dünən ABŞ-ın Los-Anceles şəhərində "76th Annual Golden Globes Awards" mükafatlarının təqdimat mərasimi keçirilib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, "Beverly Hilton Hotel"dəki mərasimdə "qırmızı xalı"dan keçən ulduzlar arasında Emi Adams, Holl Berri, Reyçel Brosnan və Ledi Qaqa geyimlərinin şıqlığı, zərifliyi və zövqlü olması ilə fərqləniblər.

NBC telekanalı ilə translyasiya olunmuş şounun aparıcıları Sandra O və Endi Samberq idilər.

"Hollywood Foreign Press Association"un təsis etdiyi "Golden Globes" mükafatı 1944-cü ildən bəri kinofilmlər və telefilmlərdəki ən yaxşı işlərə görə verilir.

"Hollywood Foreign Press Association"a Hollivudda yaşayan və işləyən 90 əcnəbi jurnalist daxildir.

Mərasimin sonucları gözlənilməz olub. Çünki aralarında Ledi Qaqa da olan favoritlər mükafatsız qalıblar.

"Golden Globes" mərasimi "Oscar" mükafatlarının nominantlarını əvvəlcədən ehtimal etməyə imkan verir. Çünki "Golden Globes"dəki qaliblərin əksəriyyəti sonradan "Oscar" alırlar.

Builki nominasiyalarin və qaliblərin siyahısı belədir:

"Teleserialda ən yaxşı kişi rolu" - Maykl Duqlas (The Kominsky Method)

"Ən yaxşı animasiya filmi"  - "Spider-Man: Into the Spider-Verse"

"Ən yaxşı drama serialı aktyoru" - Riçard Madden (Bodyguard)

"Ən yaxşı drama serialı" - The Americans (FX)

"Ən yaxşı arxa plan aktyoru" - Ben Uişşou (A Very English Scandal)

"Teleserialda ən yaxşı qadın rolu" - Patrisiya Arkett (Escape at Dannemora)

"Ən yaxşı orijinal kinofilm ssenarisi" - A Quiet Place

"Ən yaxşı orijinal kinofilm mahnısı" - "Shallow," A Star Is Born

"Filmdə ən yaxşı arxa plan aktrisası" - Regina Kinq (If Beale Street Could Talk)

"Drama teleserialında ən yaxşı aktrisa" - Sandra O (Killing Eve)

"Filmdə ən yaxşı arxa plan aktyoru" - Maherşala Əli (Green Book)

"Ən yaxşı kinofilm ssenaristi" - Piter Farelli, Nik Vallelonqa, Brayan Karri (Green Book)

"Teleserialda ən yaxşı arxa plan aktrisası" - Patrisiya Klarkson (Sharp Objects)

"Kinofilmdə ən yaxşı aktyor işi" - Kristian Beyl (Vice)

"Əcnəbi dildə ən yaxşı film" - Roma

"Teleserialda ən yaxşı aktyor sənətkarlığı" - Darren Kriss (The Assassination of Gianni Versace: American Crime Story)

"Ən yaxşı kinofilm rejissoru" - Alfonso Kuaron (Roma)

"Ən yaxşı müzikl və komediya teleserialı aktrisası" - Reyçel Brosnahan (The Marvelous Mrs. Maisel)

"Ən yaxşı müzikl və ya komediya teleserialı" - The Kominsky Method (Netflix)

"Ən yaxşı kiçik teleserial" - The Assassination of Gianni Versace: American Crime Story

"Ən yaxşı müzikl və ya kinofilm aktrisası" - Oliviya Kolman (The Favourite)

"Ən yaxşı komediya və ya müzikl" - Green Book

"Drama kinofilmində ən yaxşı aktrisa" - Qlenn Klouz (The Wife)

"Drama kinofilmində ən yaxşı aktyor" - Rami Malek (Bohemian Rhapsody)

"Ən yaxşı drama kinofilmi" - Bohemian Rhapsody

"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI

"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI

"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI

"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI

"Golden Globe" ƏNLƏRİNİ Seçdi - SİYAHI


7 yanvar 2019
GO BACK