Qadin.Net publika.az-a istinadən xəbər verir ki, əhalinin bir qismi bu qərara etiraz edib polietilen sellofanları boykot etsə də, digər qismi ətraf mühitin qorunması məqsədilə qərara dəstək çıxır.Belə ki, Malatya şəhərində yaşayan bir vətəndaş sellofanlarla bağlı yeni kampaniya başladıb. O, 10 ədəd sellofan gətirənə 1 kq portağalı pulsuz verir. 15 ildir satıcı işləyən İrfan Yılmaz bildirib ki, böyük marketlər də bu kampaniyaya qoşulmalıdır: Əgər təbiət və ətraf mühit düşünülürsə, 10 ədəd sellofan gətirənə 1 ədəd çörəyi pulsuz versinlər. Ya da 10 ədəd istifadəyə yararlı olmayan batareya gətirənə 4 ədəd təzə batareya versinlər".
Türkiyədə 1 yanvar tarixindən etibarən ödənişli şəkildə verilən polietilen sellafonlar ölkə gündəmini zəbt edib.