Malayziya kralı Sultan V Məhəmməd taxtını tərk edib.
Qadin.Net bildirir ki, "Qafqazinfo"nun "Hurriyet"ə istinadən xəbərinə görə, bu barədə Mili Sarayın mətbuat xidməti açıqlama yayıb.
Açıqlamada bildirilir ki, kral yanvarın 6-dan etibarən Federal Konstitusiyanın 32 (3.) maddəsinə əsasən ölkənin 15-ci kralı olaraq istefa verib.
Xatırladaq ki, Sultan V Məhəmmədin vəzifəsindən getdiyinə dair iddialar KİV-də geniş işıqlandırılıb.
Bu yaxınlarda Sultan V Məhəmməd "Miss Moskva-2015" gözəllik müsabiqəsinin qalibi Oksana Voyevodina ilə evlənmişdi.