Qadin.NET / Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB

Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB

Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB


İki il öncə ABŞ-a köçərək orada yük maşını sürücüsü işləyən türkiyəli aktyor Tolqa Karel İnstaqram-da dostlarına üsyan edib.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, aktyor sürücü işləyəndən sonra bəzi dostlarının onunla əlaqəni kəsdiyini bildirib:

"Həftədə ən az iki dəfə mənə zəng edib maraqlananlar indi yanımda yoxdular. Ola bilsin, onların maddi mənfəətləri ilə uyğunlaşmıram. Demək ki, sadəcə, şöhrət sahibi olduğum üçün mənə yaxınlaşmaq istəyiblər.

Bu gün mən yük maşını sürücüsüyəm. Bəs sabah 100 yük maşınının olduğu bir şirkətin sahibi olsam, o zaman daha dəyərlimi olacağam?! Yerə girsin sizin saxta sevginiz", - deyə Karel söyləyib.

Qeyd edək ki, 2016-cı ildə amerikalı Sarah Skotti ilə ailə quran Karelin bu nikahdan Mia adlı qızı var. O daha  əvvəl azərbaycanlı model Günay Musayeva ilə ailəli olub. Onların Cihangir adlı bir oğlu var.

Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB

Tolqa Karel OD PÜSKÜRDÜ-SƏBƏB


6 yanvar 2019
GO BACK