Qadin.NET / "Qızıl steyk" yediyinə görə tənqid olundu-FOTO

"Qızıl steyk" yediyinə görə tənqid olundu-FOTO

"Qızıl steyk" yediyinə görə tənqid olundu-FOTO


Almaniyanın "Bavariya" klubunun fransalı yarımmüdafiəçisi Frank Riberi bir neçə gün öncə ona ünvanlanan tənqidlərə sərt cavab verib.

Qadin.Net report-a istinadən bildirir ki, buna Riberinin "Salt Bae" ləqəbli məşhur türk aşpaz Nüsrət Gökçenin restoranlarından birində çəkilmiş video paylaşması səbəb olub.

Fransalı futbolçu restoranda özünə üzəri nazik qızıl səthi ilə örtülmüş steyk sifariş edib. Yeməyin qiyməti 1200 avro olub və bu, bəzi azarkeşlər və KİV nümayəndələrinin qəzəbinə səbəb olub.

Riberi buna cavab olaraq "Twitter"də onu tənqid edənləri "qüsurlu qoruyucudan dünyaya gəlmiş paxıllar"adlandırıb və onların qohumlarını təhqir edib.

6 yanvar 2019
GO BACK