Dəfələrlə küsüb-barışan türkiyəli cütlük- aktrisa Aslı Enverlə müğənni Murat Boz eyni evdə yaşamayacaq.
Qadin.Net qafqazinfo-ya istinadən verdiyi məlumata görə, bu barədə qərarı aktrisa verib.
O, eyni mənzili paylaşmağın münasibətlərinə mənfi təsir edəcəyini bildirərək bu qərara gəldiyini söyləyib.
Qeyd edək ki, cütlük daha öncə birlikdə yaşayırdı.