Qadin.NET / Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb


Yeni ilin ilk günlərində Yaponiyanın populyar Fuci telekanalı Azərbaycan haqqında veriliş yayımlayıb.
Qadin.Net AzərTac-a istinadən xəbər verir ki, “Dünya” adlı verilişdə Azərbaycanın coğrafi mövqeyi, əhalisi, tarixi və mədəniyyəti haqqında geniş məlumat verilib. Azərbaycanın Yaponiyadan təyyarə ilə 15 saatlıq məsafədə yerləşdiyini qeyd edən aparıcı ölkəmizin çox əlverişli coğrafi mövqeyə sahib olduğunu bildirib. Müstəqilliyini 1991-ci ildə bərpa edən Azərbaycanın qısa zaman kəsiyində əldə etdiyi uğurlar diqqətə çatdırılıb.Verilişdə Bakı şəhərindəki “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi, SOCAR-ın binası, Bakı Kristal Zalı və digər möhtəşəm tikililərin müasir dizaynı barədə söhbət açılıb. “Alov qüllələri”nin şəhərin rəmzi olduğu qeyd edilib.İçərişəhərdə və Nizami küçəsində aparılan çəkilişlər zamanı şəhərin mərkəzində yerləşən bu iki yerin tikililəri ilə tarixi və müasir Azərbaycanı əks etdirdiyi vurğulanıb. Yapon izləyicilər ölkəmizin müasirliyi ilə diqqəti cəlb edən turizm potensialı və mövcud infrastrukturu barədə də ətraflı məlumatlandırılıb.Tamaşaçılara ölkəmizin rəmzlərindən biri hesab edilən, dünyaca məşhur Azərbaycan xalçaları barədə də geniş məlumat verilib.Veriliş boyunca azərbaycanlıların çox istiqanlı, mehriban, qonaqpərvər və əməksevər bir xalq olduğu qeyd edilib.
Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb

Yaponiya kanalında Azərbaycanla bağlı veriliş yayımlanıb


6 yanvar 2019
GO BACK