Qadin.NET / Di Kaprio məhkəmədə - Şok ittiham

Di Kaprio məhkəmədə - Şok ittiham

Di Kaprio məhkəmədə - Şok ittiham


Məşhur amerikalı aktyor Leonardo Di Kaprionun Malayziya işi üzrə aparılan korrupsiya istintaqı çərçivəsində ABŞ məhkəməsində dindirilib.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, aktyorun adı Malayziyanın keçmiş baş naziri Nəcib Rəzaqa qarşı irəli sürülmüş korrupsiya ittihamında hallandırılır.

“Vaşinqton Post” qəzeti yazır ki, Di Kaprio keçən aylarda ABŞ Ədliyyə Nazirliyinin bir müddətdir korrupsiya ilə bağlı apardığı araşdırma çərçivəsində Vaşinqton məhkəməsində gizli formada dindirilib.

Məşhur aktyorun hansı məsələ üzrə dindirilməsi barədə məlumat olmasa da, onun aparılan istintaqa dəstək verdiyi iddia edilir.

Qeyd edək ki, araşdırma çərçivəsində axtarışa verilən iş adamı Lov Taek İxo Leonardo Di Kaprionun sahib olduğu şirkəti Malayziyanın İctimai İnkişaf Fonduna məxsus, qanunsuz yolla ələ keçirilən pulları xeyriyyə məqsədləri üçün istifadə etməkdə ittiham edib.

Məşhur aktyor bu humanitar yardımlarla bağlı keçən ilin avqust ayında Federal İstintaq İdarəsi (FBI) tərəfindən dindirilmişdi.


5 yanvar 2019
GO BACK