Qadin.NET / Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO


Adam Klod xanımı Çara Cuno ilə birlikdə xeyriyyə fondunun binasında aclıqdan əziyyət çəkən uşaqlar üçün yemək dəstlərini qablaşdırarkən belə deyib.

Qadin.Net Milli.Az -a istinadən bildirir ki, ABŞ-ın Minnesota ştatındakı Kun Rapids şəhərində dünyanın ən maraqlı toylarından biri olub.

Təzə bəy Adam Klodla gəlin Çara Cuno çalışdıqları "Feed My Starving Children" xeyriyə fondunda idilər. Nikah mərasimindən sonra 70 qonaqla birlikdə fondun binasına gələn bəylə gəlin Syerra Leonedə aclıqdan əziyyət çəkən uşaqlar üçün 22 min yemək dəsti qablaşdırıblar.

Adamın dediyinə görə, belə ekstravaqant toy təklifini ona dostu, "Feed My Starving Children" fondunun inkişaf üzrə direktoru Cudi Uotk təklif edib.

"Bir qədər düşündük və ideyanın heç pis olmadığını anladıq. Vircin adalarına "bal ayı"na yollanmaq fikrimiz vardı. Lakin "bal ayı" üçün hazırladığımız pulu da uşaqlara yardıma sərf etmək qərarına gəldik. Toya dəvət etdiyimiz 70 qonaqdan da xahiş etmişdik ki, uşaqlara yardım üçün ianələr versinlər. İdeyamız gerçəkləşdi. Əla toy oldu", - Adam Klod deyib.

Toyda 100 min dollar yığılıb. Bu məbləğ Syerra-Leonedə 22 min uşağa bir il müddətində ərzaq dəstləri yollamağa yetərlidir.

Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO

Qeyri-adi TOY -FOTO


4 yanvar 2019
GO BACK