ADA Universitetinin tələbəsi Cavanşir Həsənəli ABŞ-da səfərdə olduğu müddətdə amerikalılara Azərbaycan şirniyyatlarını yedizdirərək eksprement aparıb.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, milli mətbəximizi ABŞ-da tanıtdırmaq məqsədilə atılmış bu addım maraqla qarşılanıb.
C.Həsənəli Yutub kanalına yerləşdirdiyi videonu belə şərh edib:
"Amerikaya gedərkən mədəniyyət şokunu keçirənə qədər özümlə apardığım milli mətbəximizin şirniyyatlarını yeməyib amerikanlara dadızdıraraq onların reaksiyalarını lentə aldım. Ümid edirəm ki, bu eksperiment sizlərin xoşunuza gələcək".