"Oskar" və "Qızıl Qlobus" mükafatçısı Mett Deymon yeni aldığı evlə gündəmə gəlib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, 48 yaşlı aktyor Nyu-Yorkun Brooklyn Heights ərazisində 6 otaqlı mənzil satın alıb.
O, binanın mansardındakı mənzilə 16,75 milyon dollar pul ödəyib. Aktyor bununla da, fotoqraf Jay Maiselin rekordunu yeniləyib. Belə ki, Jay 2015-ci ildə bina evinə 15,5 milyon dollar pul xərcləmişdi.