Paylaşdığı fotosu səs-küyə səbəb olan Hadisə tənqidlərə cavab verib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ifaçının "Papağım, bəyənməyənlər şəkli yaxınlaşdırıb, yaxından baxsınlar, hədiyyəm var" sözləri tənqid edilib.
"Ötən gün paylaşdığım fotonu "skandal" adlandıranlara cavabım var. Mənə beldən aşağı söyüşlər yazıb, dilə gətirilməyən sözlər deyənlərə niyə susum? Mənim müğənni olmağım insan olduğum faktını dəyişdirmir.
Bir az rahat olaq? İnsanlar sosial şəbəkəni çox da ciddiyə almasın. Əylənmək üçün ediləni tənqid etməsələr olar? Mən əylənməyi və əyləndirməyi sevirəm" deyə, Hadisə deyilənlərə cavab verib.